İtaliya B Seriyasının autsayderi "Empoli" Fabio Kasertanı baş məşqçi təyin edib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Kaserta Alessio Dionisinin yerinə Empolinin baş məşqçisi təyin olunub. O, bu mövsüm "Empoli"nin üçüncü məşqçisidir. Komanda mövsümə Qvido Palyuka rəhbərliyi altında başlayıb.

Qeyd edək ki, "Empoli" hazırda B Seriyasında 13-cü yerdədir və düşmə zonasından cəmi 1 xal yuxarıdadır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest