12 Mart 2026, 11:47
FUTBOL
"Real" Alvaro Arbeloanın rəhbərliyi altında 10-cu qələbəsini qazanıb.
Matc.az xəbər verir ki, Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edib.
İspaniya klubu yeni məşqçisinin rəhbərliyi altında 14 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 4 dəfə isə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, "Real" martın 14-də, La Liqanın 28-ci turunda doğma meydanda "Elçe" ilə qarşılaşacaq.












