Dayaq yarımmüdafiəçisi Coşua Kimmix və sağ cinah oyunçusu Maykl Olise, "Bavariya"nın Çempionlar Liqasının 1/8 finalının "Atalanta" ilə oyunundan sonra UEFA tərəfindən cəzalandırıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, Münhenin hər iki oyunçusu rəqiblərinə qarşı matçda qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.

Bu sarı vərəqələrə görə, Kimmix və Oliseh "Atalanta" ilə cavab oyununu buraxacaqlar.

UEFA oyunçuların qəsdən sarı vərəqə aldıqlarını sübuta yetirsə, onlara daha sərt cəzalar tətbiq edə bilər.

Xatırladaq ki, "Atalanta" ilə "Bavariya" arasındakı ilk oyun almaniya nəhənginin səfərdə 6:1 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest