11 Mart 2026, 15:59
FUTBOL
Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardu Silva İtaliyada oynaya bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" yayda azad agent statusunda olacaq 31 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Turin təmsilçisi artıqq 31 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Bernardu Silva bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 38 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.












