20 Mart 2026, 21:24
FUTBOL
"İnter" 29 yaşlı yarımmüdafiəçi Nikola Barella ilə müqavilənin uzadılmasını istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçiyə 2031-ci ilə qədər əmək haqqının əhəmiyyətli dərəcədə artırılması ilə müqavilə təklif olunacaq. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.
Barella bu mövsüm "İnter"də bütün yarışlarda 35 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 60 milyon avro dəyərində qiymətləndirir.












_1759308746.jpg)