23 Mart 2026, 23:57
FUTBOL
"Brayton"un futbolçusu Denni Uelbek karyerasını MLS-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sportsboom.com" saytı məlumat yayıb.
"İnter Mayami" və "Los Anceles Qalaksi" ingiltərəli vingeri transfer etmək istəyir. Hər iki klub 35 yaşlı oyunçuya illik 6-7 dollar maaş ödəməyə hazırdır.
Qeyd edək ki, Denni Uelbek bu mövsüm "Brayton"un heyətində keçirdiyi 33 oyunda 13 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.












