24 Mart 2026, 11:44
FUTBOL
"Barselona" yeni mövsüm üçün müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Bayer"də çıxış edən Alexandro Qrimaldodur. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İspaniyalı futbolçunun klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Lakin 30 yaşlı sol cinah müdafiəçisinin "Barselona"ya keçidinin daha aşağı məbləğə baş tutacağı bildirilir.
Qeyd edək ki, Alexandro Qrimaldo "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm "Bayer"in heyətində keçirdiyi 38 oyunda 12 qol vurub, 11 qol ötürməsi edib.





_1692637766.png)






