"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Erol Evcen məlumat yayıb.

"Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" 26 yaşlı oyunçu üçün yayda İstanbul klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 39 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest