21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Matc.az xəbər verir ki, yığmamız Bakıda Portuqaliya komandasını qəbul edəcək.

"Palms Sports Arena"da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest