"İstəyim avrokuboklarda oynamaqdır. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim".

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski MLS klubundan aldığı təklifi rədd edib.

Matc.az xəbər verir ki, polşalı qolkiper "Sport.pl" saytına müsahibəsində bu barədə danışıb. 25 yaşlı futbolçu avrokuboklarda oynamağın onun üçün prioritet olduğunu bildirib:

"İstəyim avrokuboklarda oynamaqdır. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. İngiltərə Premyer Liqası mənim arzumdur. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest