Türkiyə millisinin 2026-cı il dünya çempionatının play-offun final oyunu üçün hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, Kosova – Türkiyə qarşılaşması İngiltərə Futbol Federasiyasından Maykl Oliverə həvalə edilib.
Priştinədəki "Fadil Vokrri" stadionunda baş tutacaq görüşdə Oliverə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanah yerinə yetirəcək.
Xatırladaq ki, təcrübəli ingilis hakim Türkiyə millisi üçün heç də xoş xatirələrlə yadda qalmayıb. Belə ki, Maykl Oliver ötən ilin sentyabrın 7-də Konyada keçirilən Türkiyənin İspaniyaya 0:6 hesabı ilə darmadağın olduğu seçmə mərhələ oyununun da baş hakimi olub.
Kosova – Türkiyə matçı martın 31-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.












