Daha əvvəl İraq millisi Boliviya yığmasını 2:1 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının son iştirakçısı olub. İraq yığması tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda ilk dəfə 1986-cı ildə turnirdə iştirak edib və qrup mərhələsində sonuncu yeri tutub.
İraq hakimiyyəti milli komandanın 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə 1 və 2 aprel tarixlərini qeyri-iş günü elan edib. Matc.az İraq İnformasiya Agentliyinə (INA) istinadən xəbər verir ki, müvafiq sərəncamı respublikanın baş naziri Məhəmməd əs-Sudani imzalayıb.
Daha əvvəl İraq millisi Boliviya yığmasını 2:1 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının son iştirakçısı olub. İraq yığması tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda ilk dəfə 1986-cı ildə turnirdə iştirak edib və qrup mərhələsində sonuncu yeri tutub.
Dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə 48 komanda iştirak edəcək. İraq millisi I qrupunda yer alıb və burada Fransa, Seneqal və Norveç yığmaları ilə qarşılaşacaq.












