İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-off final oyununda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında məğlub olub.

Matc.az xəbər verir ki, oyundan sonra İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina milli komandanın çıxışını şərh edib.

“Cennaro Qattuzo və Canluici Buffondan vəzifələrində qalmağı xahiş etdim. Mənim fikrimcə, belə hallarda məşqçilər heyəti qorunmalıdır. Gələn həftə Federal Şuranın iclası keçiriləcək. Mənim istefamla bağlı tələbləri anlayıram. Buna artıq öyrəşmişəm. Amma istefa vermək fikrim yoxdur. Bu oyundan sonrakı əhval-ruhiyyə tam aydındır, xüsusilə də bu nəticəyə necə gəldiyimizi nəzərə alsaq. Bununla belə, uşaqları təbrik etməyə icazə verin. Onlar son aylarda inanılmaz inkişaf nümayiş etdiriblər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest