"Çelsi" "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopesi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

London klubu ispaniyalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır. Lakin La Liqa klubu hələ ki 22 yaşlı hücumameyilli yarımmüdafiəçini satmağı düşünmür.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 41 oyunda 12 qol vurub, 16 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest