"Real"la müqaviləsi başa çatan David Alaba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" gələn ay azad agent statusunda olacaq avstriyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi artıq 33 yaşlı mərkəz müdafiəçisinin meneceri ilə ilkin danışıqlara başlayıb. Təcrübəli oyunçunun Türkiyədə oynamağa isti yanaşdığı bildirilir.

Qeyd edək ki, David Alaba başa çatan mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 16 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest