25 May 2026, 12:13
FUTBOL
"Mançester Yunayted" "Yuventus"un müdafiəçisi Qleyson Bremeri transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" braziliyalı futbolçu üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. İngiltərə klubu 29 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Bremer bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

_1779713305.jpg)











