"Portu"nun gənc yarımmüdafiəçisi Rodriqo Mora karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

"Real" portuqaliyalı futbolçunu transfer etmək istəyir. "Kral klubu" Moranın meneceri ilə danışıqlara başlayıb. Klubu 19 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Rodriqo Mora başa çatan mövsümdə "Portu"nun heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest