​"Liverpul"un kapitanı müdafiəçisi Vircil van Dayk mövsümün bütün oyunlarını əvəzolunmadan keçirən ən yaşlı futbolçu olmaqla İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Matc.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə İngiltərə çempionatının bütün 38 oyununun hər birində sonadək meydanda olub. Rekordun müəyyənləşdiyi vaxtda van Daykın 34 yaş 320 günü var idi.

​Qeyd edək ki, Bundan əvvəlki rekord "Çelsi"nin sabiq kapitanı Con Terriyə aid idi. İngiltərəli futbolçu 2014/15 mövsümündə bu nailiyyətə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest