"Komo"nun argentinalı yarımmüdafiəçisi Maksimo Perrone "İnter"in diqqətini cəlb edib.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi yay "transfer pəncərəsi" üçün İtaliya klubunun prioritet hədəfinə çevrilib.

Argentinalı futbolçu cari mövsüm "Komo"nun əsas oyunçusuna çevrilib. Onun irəliləyişi A Seriyası liderlərinin diqqətindən yayınmayıb.

Bu yay "İnter" yarımmüdafiə xəttini dinamik oyunçu ilə gücləndirməyi planlaşdırır. Perronenin bu konsepsiyaya uyğunluğu mükəmməldir.

Son məlumatlara görə, "İnter" ilkin olaraq 40 milyon avro təklif edib.

Qeyd edək ki, Perrone bu mövsüm "Komo"da 33 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 30 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest