10 Aprel 2026, 12:50
FUTBOL
PSJ-nin transfer etmək istədiyi Kərim Kulibali daha bir klubun diqqət mərkəzinə düşüb.
Matc.az xəbər verir ki, "Çelsi"də almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London klubu Kulibalini yayda heyətinə qatmağa çalışacaq. Bundesliqa təmsilçisi 18 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Kərim Kulibali 2024-cü ilin yayında "Verder"ə qoşulub. Gənc müdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 22 oyunda 1 qol vurub.












