10 Aprel 2026, 15:33
FUTBOL
"Bavariya"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi Lennart Karl sıradan çıxıb.
Almaniyalı futbolçu ayaq əzələsindən zədə alıb. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Lannart Karl 2022-ci ilin yayında "Bavariya"nın akademiyasına qoşulub. Gənc oyunçu bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 9 qol vurub, 7 qol ötürməsi edib.












