09 Aprel 2026, 22:51
FUTBOL
"Liverpul" əsas mərkəz müdafiəçisi İbrahima Konate ilə müqaviləni uzatmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, İngiltərə klubu oyunçu ilə danışıqlarda irəliləyiş əldə edib. Hələlik heç bir razılaşma əldə edilməyib, lakin klub tezliklə razılaşma əldə olunacağına əmindir.
Müdafiəçi ilə "Real" da maraqlanır, lakin danışıqlar ötən ilin noyabr ayında nəticəsiz başa çatıb.
Konatenin "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin sonunda bitir. O, "Liverpul"da 175 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.








_1775755974.jpg)



