"Mançester Siti" "Sportinq"in dayaq yarımmüdafiəçisi və kapitanı Morten Yulmannla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, hazırda tərəflər arasında birbaşa danışıqlar aparılmır, lakin ingilis klubu "Sportinq"in oyunçu üçün müəyyən şərtlərindən xəbərdardır. 80 milyon avroluq sərbəst qalma bəndinə baxmayaraq, Portuqaliya klubunun rəhbərliyi 40-50 milyon avroluq ödəniş barədə danışıqlar aparmağa hazırdır.

Yulmann bu mövsüm bütün yarışlarda 39 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest