İtaliyanın "İnter" klubunun kapitanı Lautaro Martines zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı argentinalı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Onun bərpa müddəti hələlik dəqiqləşdirilməyib və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, Martines cari mövsüm "İnter"də 36 oyunda meydana çıxıb və 20 qol vurub. Hazırda "İnter" A Seriyasında 31 turdan sonra 72 xalla turnir cədvəlinə başçılıq edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest