"Napoli" komandanın liderlərindən olan Skott Maktomineyi uzun illər komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, "Il Mattino" nəşri məlumat yayıb.

İtaliya çempionu şptlandiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzatmaq istəyir. Klub dünya çempionatı başlayana qədər yeni sözləşmə məsələsini həll etməyə çalışacaq.

Qeyd edək ki, Skott Maktominey bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 38 oyunda 12 qol vurub, 4 qol ötürməsi edib. 29 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest