17 Aprel 2026, 13:29
FUTBOL
"Arsenal" "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
London klubu argentinalı forvardın transferi üçün büdcə yaratmaq məqsədilə Qabriel Jezus və Kay Havertsi satmağı planlaşdırır. İspaniya klubu Alvares üçün 120 milyon avro tələb edir.
Qeyd edək ki, Xulian Alvares "Atletiko"ya 2024-cü ilin yayında "Mançester Siti"dən keçib. 26 yaşlı futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 18 qol vurub, 9 qol ötürməsi edib.








_1776431002.jpg)



