17 Aprel 2026, 13:59
FUTBOL
"Bayer" "Utrext"ə icarəyə verdiyi Artem Stepanovla bağlı qərar verib.
Matc.az xəbər verir ki, ukraynalı hücumçu Niderland klubunda qalacaq. Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı forvardın icarə müqaviləsinin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, "Utrext" Artem Stepanovu bu ilin yanvarında icarəyə götürüb. Gənc futbolçu komandanın heyətində keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.








_1776431002.jpg)



