"Bornmut"la müqaviləsi mövsümün sonunda başa çatan Markos Senesi Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Athltic" nəşri məlumat yayıb.

"Tottenhem" yayda azad agent statusunda olacaq argentinalı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. London təmsilçisi Premyer Liqada yerini qorusa, 28 yaşlı futbolçu komandaya qoşulacaq.

Qeyd edək ki, Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 33 oyunda 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest