17 Aprel 2026, 15:42
FUTBOL
"İnter"in yarımmüdafiəçisi Luis Enrike karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
"Beşiktaş" braziliyalı futbolçunu icarəyə götürmək istəyir. İstanbul təmsilçisi 24 yaşlı oyunçunu heyətinə qatmaq üçün yayda İtaliya klubu ilə danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, Luis Enrike bu mövsüm "İnter"in heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.





_1776442083.jpg)






