17 Aprel 2026, 14:16
FUTBOL
"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Barselona" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Almaniya klubu Qrimaldonu 25 milyon avroya satmağa hazırdır. 30 yaşlı sol cinah müdafiəçisi özü la Liqa nəhənginə keçməyə isti yanaşır.
Qeyd edək ki, Alexandro Qrimaldo 2008-2016-cı illərdə "Barselona"nın akademiyasında çıxış edib. İspaniya millisinin üzvü bu mövsüm "Bayer"in heyətində keçirdiyi 40 oyunda 14 qol vurub, 11 qol ötürməsi edib.








_1776431002.jpg)



