22 Aprel 2026, 16:20
FUTBOL
"Reyncers"in kapitanı Ceyms Tavernye gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ingiltərəli müdafiəçi Şotlandiya klubundan ayrılacaq. Bu barədə Tavernye özü məlumat verib.
34 yaşlı futbolçu klubla mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, Ceym Tavernye 2015-ci ilin yayından "Reyncers"də çıxış edir. Təcrübəli sağ cinah müdafiəçisi bu müddətdə komandanın heyətində keçirdiyi 562 oyunda 144 qol vurub, 148 qol ötürməsi edib.








_1776867456.jpg)



