22 Aprel 2026, 10:50
FUTBOL
"İnter"in müdafiəçisi Denzel Dyumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "L’Interista" portalı məlumat yayıb.
"Mançester Yunayted" və "Aston Villa" niderlandlı futbolçunun xidmətində maraqlıdır. Hər iki klub 30 yaşlı sağ cinah müdafiəçisi üçün İtaliya klubuna 25 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Denzel Dyumfris bu mövsüm "İnter"in heyətində keçirdiyi 24 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.




_1776858447.jpg)







