İcarə əsasında "Qalatasaray"da çıxış edən Noa Lanq Super Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

"Beşiktaş" müqavilə ilə "Napoli"yə məxsus olan niderlandlı vingerin xidmətində maraqlıdır. "Ağ-qaralar"ın prezidenti Serdal Adalı şəxsən Lanqı komandada görmək istəyir.

"Beşiktaş" 26 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürmək üçün yaxşın günlərdə "Napoli" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, yanvarda "Qalatasaray"a keçib. Niderland millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 14 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest