"AZ Alkmar"ın hücumçusu Troy Perrot İngiltərəyə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football London" portalı məlumat yayıb.

"Tottenhem" irlandiyalı forvardı transfer etmək istəyir. London klubu Perrot üçün Niderland təmsilçisinə 25 milyon avro ödəməyə hazırdır. 24 yaşlı futbolçu sabiq klubuna qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Troy Perrot bu mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 45 oyunda 30 qol vurub, 11 qol ötürməsi edib. O, 2017-2024-cü illərdə "Tottenhem"ə məxsus olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest