22 Aprel 2026, 18:16
FUTBOL
"Yuventus" "Barselona" ilə müqaviləsi yayda başa çatan Robert Levandovskini heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya klubu yaxın günlərdə 37 yaşlı hücumçunun nümayəndələri ilə görüş keçirəcək. Turin təmsilçisi 37 yaşlı forvarda 6 milyon avro maaş olmaqla 1 illik sözləşmə təklif edəcək.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 40 oyunda 17 qol vurub, 3 qol ötürməsi edib.




_1776883012.jpg)







