Lissabonun "Sportinq" komandası baş məşqçi Rui Borgesin müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2 il, 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatmalı idi.

Qeyd edək ki, 44 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin dekabr ayından Lissabon klubunun sükanı arxasındadır. Ötən mövsüm Borgesin rəhbərliyi altında komanda qızıl dubla imza atıb.

Bu mövsüm isə "Sportinq" Portuqaliya çempionatında "Porto" və "Benfika"dan sonra üçüncü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest