"İndi yeni mövsümlə bağlı danışıqlar yoxdur".
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 30-cu turunda "İmişli"yə 0:1 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçi Andrey Demçenko oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" ona görə də qazandı.
- Futbolçularda nəyə görə istək yoxdur?
- Çünki "ac" deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdır.
- Yeni mövsüm komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiz?
- İndi bu yöndə danışıqlar yoxdur. Bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm.












