"Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı danışıqlarda çətinliklər səbəbindən müdafiəsini gücləndirmək üçün alternativ variantlar axtarmağa başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "SportItalia" məlumat yayıb.
Bastoni "Barselona"nın ilk seçimidir. Lakin "İnter" oyunçusu üçün 70 milyon avro tələb edir və güzəştə getmək istəmir. "Barselona" isə bu məbləği ödəyə bilmir.
Bu səbəbdən İspaniya çempionu müdafiəsini gücləndirmək üçün alternativ variantlar axtarmağa başlayıb. Belə variantlardan biri "Tottenhem"in oyunçusu Kristian Romerodur. London klubu mövsümün sonunda Premyer Liqada bilməsə, argentinalı futbolçunun transfer ehtimalı daha da artacaq.
Qeyd edək ki, Romero dizindən zədə alıb və o, cari mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.












