05 May 2026, 12:57
FUTBOL
"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Paulo Dibala qərarını verib.
Matc.az xəbər verir ki, argentinalı hücumçu klubda qalacaq. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Dibala paytaxt təmsilçisi ilə 1 illik sözləşmə imzalayacaq. Yeni müqavilədə 32 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutulub.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 24 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.





_1777987168.jpg)
_1777984646.png)





