05 May 2026, 13:15
FUTBOL
İcarə əsasında "Lion"da çıxış edən Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TransferFeed" məlumat yayıb.
"Arsenal" müqavilə ilə "Real"a məxsus olan braziliyalı hücumçunu transfer etmək istəyir. London klubu 19 yaşlı forvard üçün La Liqa nəhənginə 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Lion" Endriki bu ilin yanvarında icarəyə götürüb. Braziliya millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 8 qol vurub, 7 qol ötürməsi edib.





_1777984646.png)






