"Mançester Yunayted" "Milan"ın futbolçusu Rafael Leaoya olan marağını artırıb.
Matc.az xəbər verir ki, bu barədə "Sportmediaset" malumat yayıb.
İngiltərə klubunun nümayəndələri "rossonerlər"in "Atalanta"ya 2:3 hesabı ilə məğlub olduğu oyun zamanı "San-Siro" stadionunda olublar. Bu, "Mançester Yunayted" skautlarının son bir ay ərzində İtaliyaaya artıq ikinci səfəridir. Aprelin sonunda mankunianlıların nümayəndələri "Milan"ın "Yuventus"a qarşı keçirdiyi matçda da portuqaliyalının oyununu izləyiblər.
26 yaşlı vingerin müqaviləsində 175 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb. Lakin A Seriyası təmsilçisi daha kiçik məbləğlə də razılaşa bilər. Təxminən 50 milyon avro civarında təklif klublar arasında danışıqların başlamasına səbəb ola bilər.
Qeyd olunur ki, "Milan" rəhbərliyi yayda Leao ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Buna görə də "Mançester Yunayted"in marağı mövsüm başa çatdıqdan sonra daha konkret addımlar ata ala bilər.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm klubun heyətində bütün turnirlərdə 30 matça çıxıb, bu oyunlarda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













