"Kremonese"nin tanınmış ingilis hücumçusu Ceymi Vardi bu yay "Lester"ə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Vardinin "Kremonese" ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Komanda A Seriyasında qalacağı təqdirdə, oyunçunun müqaviləsini daha 1 il uzatmaq seçimi var. "Kremonese" isə hazırda düşmə zonasındadır.
Komanda A Seriyasında qalarsa, Vardi müqaviləsini daha 1 il uzatmaq seçimindən istifadə edə bilər. Əks təqdirdə, hücumçu 2012-ci ildən 2025-ci ilə qədər oynadığı "Lester"ə qayıtmaq istəyir.
"Lester" cari mövsümün sonunda I Liqaya düşüb. 39 yaşlı Vardinin arzusu klubu Çempionşipə qaytarmaq, lakin bunu oyunçu-məşqçi kimi etməkdir.
O, bu mövsüm A Seriyasında 27 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.













