"Brentford" "Zaltsburq"dan Yannik Şüsteri transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərə klubu avstriyalı mərkəz müdafiəçisi üçün 18+2 milyon avro təzminat ödəyəcək. 19 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yannik Şüster bu mövsüm "Zaltsburq"un heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest