14 May 2026, 20:18
FUTBOL
Bir neçə Avropa klubu komanda yoldaşı Aurelien Tçuameni ilə dava etdikdən sonra yarımmüdafiəçi Federiko Valverdenin "Real"dan ayrılacağını gözləyir. 27 yaşlı futbolçunun potensial transfer haqqı 100-120 milyon avro arasında dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, Valverde ilə 2025-ci ilin yayından bəri onu izləyən "Mançester Siti" maraqlanır. Uruqvaylı futbolçunun isə "Real"dan ayrılmaq istəmədiyi vurğulanır.
Qeyd edək ki, bu mövsüm Valverde bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 120 milyon avrodur.









_1778778453.jpg)
_1778777126.jpg)


