"Barselona" "Atletiko"un hücumçusu Xulian Alvaresin transferini başa çatdırmaqda problemlə üzləşdiyinə diqqətini "Çelsi"nin hücumçusu Joao Pedroya yönəldib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu braziliyalı oyunçunun nümayəndələri və agentliyi ilə əlaqə saxlayıb. Potensial transfer "Barselona"ya 70 milyon avroya başa gələ bilər ki, bu da Alvaresin transfer qiymətindən daha ucuzdur. Kataloniya klubu "Çelsi"nin Avropa yarışlarına vəsiqə qazana bilməməsi halında Pedronu əldə etmək üçün səylərini daha daartıracaq.
Bu mövsüm "Çelsi"nin hücumçusu bütün yarışlarda 48 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.







_1778778453.jpg)
_1778777126.jpg)




