"Çelsi" oyunçuları Xabi Alonsonun baş məşqçi təyinatını dəstəklədiklərini bildiriblər.

Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, İngilis klubu ilə Alonsonun nümayəndələri arasında danışıqlar müsbət istiqamətdə gedir. Londonlular 45 yaşlı mütəxəssisi klubu qələbə yoluna qaytarmaq üçün ideal namizəd hesab edir.

Hələ rəsmi razılıq əldə olunmasa da, Alonso "Çelsi"nin idarə heyətinin namizədlər siyahısında birinci yerdədir. Siyahıya Andoni İraola, Marko Silva və Oliver Qlasner kimi namizədlər də daxildir. Təyinat prosesinin FA Kuboku finalından sonra sürətlənəcəyi gözlənilir.

Qeyd edək ki, ispaniyalı mütəxəssəsi 2026-cı ilin yanvarında "Real"dan ayrıldıqdan bəri klubsuz qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest