Karlo Ançelotti Braziliya milli komandası ilə müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə daha 4 il, 2030-cu ilin yayına qədər qüvvədə olacaq. 66 yaşlı italyan mütəxəssisin əvvəlki müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatmalı idi.

Qeyd edək ki, Ançelotti 2025-ci ilin yayından Braziliya milli komandasına rəhbərlik edir. Bu günə qədər o, komandanı 10 oyunda meydana çıxardıb, 5-də qalib gəlib, 3-də isə məğlub olub. Bu, italyan məşqçinin karyerasında ilk milli komanda təcrübəsidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest