29 May 2026, 11:35
FUTBOL
İspaniyanın "Malyorka" klubu baş məşqçi Martin Demişelisin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, bu ilin martında "Malyorka"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqanı tərk edib və növbəti mövsüm La Liqa 2-də mübarizə aparaacaq.













