29 May 2026, 15:07
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Lids Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. Klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 25 milyon funt-sterlinq tələb edir. Keçidin reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Harvi Elliot ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edir. O, Birmingem təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.













