​"Real"ın müdafiəçisi David Alaba "Bavariya"nın heyətində çıxış etdiyi dövrlə bağlı xoş xatirələrini bölüşüb.

Matc.az xəbər verir ki, avstriyalı futbolçu Almaniya klubunda keçirdiyi illəri həm peşəkar, həm də şəxsi nöqteyi-nəzərdən onun üçün həlledici olduğunu etiraf edib:

​"Həm bir oyunçu, həm də bir şəxsiyyət kimi formalaşdığım dövr idi. Orada yetkinləşdim və böyüdüm. Komanda ilə birlikdə həm acı məğlubiyyətlər yaşadıq, həm də saysız-hesabsız zəfərlər qeyd etdik. ​"Bavariya"nın qəlbimdə həmişə xüsusi yeri olacaq. Münhen mənim üçün ikinci evə çevrildi. Orada yaşamaqdan inanılmaz dərəcədə zövq alırdım".

​Xatırladaq ki, David Alaba 2010-2021-ci illərdə "Bavariya"da çıxış edib. O, münhenlilərlə birlikdə bir çox kuboklar qazanıb, o cümlədən iki dəfə Çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest